Rus ordusu Ukraynanın bəzi bölgələrində irəliləyir
Tarix: 31-07-2024 11:12 | Bölmə: Dünya
Rus ordusu Ukraynanın bəzi bölgələrində irəliləyir

Rusiya ordusu cəbhənin bir neçə xəttində irəliləməyə davam edir.

Reyting.az
xəbər verir ki, döyüş meydanındakı mövcud vəziyyəti izləyən Ukraynanın “DeepState” monitorinq qrupu rus ordusunun üç yaşayış məntəqəsi yaxınlığında irəlilədiyini təsdiqləyib.

Müşahidəçilərin fikrincə, ruslar, xüsusilə, Krasnoqorivkada və Donetsk vilayətinin Urojaynı yaxınlığında irəliləyib. Bundan əlavə, rusların Zaporojye vilayətinin Robotino yaxınlığında da irəliləməsi dəqiqləşdirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}