Liviya baş nazirinin oğlu İstanbulda dünyasını dəyişib - Foto
Tarix: 01-08-2024 10:02 | Bölmə: Dünya
Liviya baş nazirinin oğlu İstanbulda dünyasını dəyişib

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin böyük oğlu Əbdürrəhman Dibeybe Türkiyədə müalicə aldığı xəstəxanada 38 yaşında dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, faktı Liviya Milli Birlik Hökumətinin başçısı Əbdülhəmid Dibeybe təsdiqləyib.

“Əziz oğlum qəfildən və heç bir xəbərdarlıq etmədən məni tərk etdi. Valideynlərinə hörmət edən, vəzifəsini yerinə yetirən centlmen və tolerant bir insan idi. Allah rəhmət eləsin”, - baş nazir sosial media hesabında yazıb.

Xəstəliyi artan 38 yaşlı Əbdürrəhman Dibeybenin bir müddət əvvəl köçürüldüyü İstanbulda xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Türkiyənin Tripoli səfirliyinin sosial media hesabında paylaşılan mesajda “Dibeybe ailəsinə başsağlığı və səbr diləyirik”, - yazılıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər