Ölkəsinə qayıtmaq istəyən ukraynalıların sayı azalır
Tarix: 10-09-2024 16:50 | Bölmə: Dünya
Ölkəsinə qayıtmaq istəyən ukraynalıların sayı azalır

Müharibənin əvvəlində xaricə getməyə məcbur olan vətəndaşların 95 faizi Ukraynaya qayıtmaq istəyirdisə, bu gün belə insanlarla bağlı göstərici 80 faizdən azdır.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla bildirir ki, bunu ölkənin baş nazir Denis Şmıqal bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

D. Şmıqal deyib ki, ölkədən gedən 7,5 milyon vətəndaşdan bu günə olan məlumata görə, 900 minə yaxın ukraynalı Polşada, 1,3 milyonu Almaniyadadır. Ən çox ukraynalı olan ölkə Çexiyadır.

Baş nazir qeyd edib ki, sorğuya görə, müharibənin əvvəlində ukraynalıların 95 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib: “Təəssüf ki, müharibə uzun müddət davam edir, ukraynalıların, uşaqların uyğunlaşması və assimilyasiyası baş verir”.

Şmıqal həmçinin qeyd edib ki, onlar müvafiq təhlükəsizlik şəraiti, mənzil və işin mövcudluğu ilə bağlı məsələlərin həllini gözləyirlər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}