Ukraynaya 118 milyon avroluq hərbi yardım göndərəcəklər
Tarix: 13-09-2024 14:29 | Bölmə: Dünya
Ukraynaya 118 milyon avroluq hərbi yardım göndərəcəklər

Finlandiya Ukraynaya təxmini dəyəri 118 milyon avro olan 25-ci hərbi yardım paketi ayıracaq.

Reyting.az
xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 13-də Finlandiya prezidenti Aleksandr Stubb hökumətin Ukraynaya 25-ci hərbi yardım paketi ilə bağlı təklifini təsdiqləyib.

Paketə daxil olan silahların dəyəri Helsinkiyə təxminən 118 milyon avroya başa gələcək. Bununla Ukraynaya göndərilən hərbi yardımın ümumi dəyəri 2,3 milyard avroya çatacaq.

Qeyd edək ki, əvvəlki dövrlərdə olduğu kimi, Finlandiya təhlükəsizlik səbəbi ilə paketin məzmunu və təxmini çatdırılma müddətləri ilə bağlı təfərrüatı açıqlamayıb.

Finlandiya həmçinin Ukraynanın qışdan çıxmasına kömək etmək məqsədilə enerji avadanlıqları üçün ianələr toplayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər