Donald Trampı mühafizə etmək çətinləşib
Tarix: 19-09-2024 10:06 | Bölmə: Dünya
Donald Trampı mühafizə etmək çətinləşib

“Yalnız mühüm prezidentlər güllələnirlər”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın keçmiş prezidenti Donald Trampa özünə qarşı ard-arda iki sui-qəsd cəhdinə münasibət bildirərkən deyib.

O, təqaüdçü məxfi agentin onu müdafiə etməyin “çox çətin” olduğunu söylədiyini də xatırladıb.

Tramp deyib ki, yalnız mühüm prezidentlər güllələnirlər:

“Bilirsiniz, mən deyəndə ki, “ancaq mühüm prezidentlər güllələnirlər”,- deyəndə bəziləri başqa cür anlayır. Amma mən nə edə bilərəm? Mən etməli olduğumu etməliyəm. Düzdü, mən cəsarətli olmalıyam. Əks halda ölkə qalmayacaq”.

Təqaüddə olan agent Paul Ekloff Donald Trampı müdafiə etməyin çox çətin olduğunu bildirib. 20 illik təcrübəyə malik təqaüdçü məxfi xidmət agenti deyib ki, Trampın yüksək profilli şəxsiyyəti təhlükəsizlik və maliyyə baxımından çətinliklər yaradır.

Təqaüdçü agentin sözlərinə görə, Tramp prezidentlər səviyyəsində qorunur, lakin onun daha çox müdafiə olunacağı mümkün görünür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər