Paytaxt şəhəri istiqamətində hücum olub
Tarix: 05-11-2024 10:55 | Bölmə: Dünya
Paytaxt şəhəri istiqamətində hücum olub

İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında hava hücumu həyata keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsrailin işğal etdiyi Colan təpələri istiqamətindən Suriyanın paytaxtı Dəməşqin cənubundakı mülki ərazilər hava hücumuna məruz qalıb.

Açıqlamada ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyib. Suriya mətbuatında yer alan xəbərlərdə hücumda Sayeda Zeynəb bölgəsinin hədəf alındığı bildirilib.

İsrail həmçinin “Hizbullah”ın kəşfiyyat bölmələrini vurduğunu və Dəməşq yaxınlığındakı infrastrukturu hədəfə aldığını açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər