Antoni Blinken Türkiyəyə gəlir
Tarix: 11-12-2024 15:54 | Bölmə: Dünya
Antoni Blinken Türkiyəyə gəlir

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Türkiyəyə gələcək.

Reyting.az
xəbər verir ki, Türkiyənin rəsmi mənbəyi məlumatı TASS-a təsdiqləyib.

Onun sözlərinə görə, Blinken Türkiyəyə dekabrın 13-də gəlməyi planlaşdırır.

Bundan əvvəl “Haber qlobal” telekanalı Blinkenin gözlənilən gəlişi barədə məlumat vermişdi. Səfər proqramına Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar da daxildir. Əsas diqqət Suriyadakı vəziyyətə yönələcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər