Ukrayna Taqanroqa raket zərbələri endirib
Tarix: 11-12-2024 23:23 | Bölmə: Dünya
Ukrayna Taqanroqa raket zərbələri endirib

Ukrayna Silahlı Qüvvələri Taqanroq aerodromunu ATACMS raketləri ilə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri dekabrın 11-də ABŞ-da istehsal olunmuş 6 ballistik raketlə Taqanroqdakı hərbi aerodromlara hücum edib.

Hücum zamanı iki raketi Rusiya "Pantsir" hava hücumundan müdafiə sistemi vurub, dörd raket isə döyüş heyəti tərəfindən elektron savaş vasitəsilə rədd edilib.

Raket fraqmentlərinin hədəf olan əraziyə düşməsi nəticəsində şəxsi heyət arasında itkilərin olduğu bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum zamanı aerodromun texniki ərazisində çox böyük dağıntılar olmayıb. Raket atəşi nəticəsində iki bina, üç ədəd hərbi maşın və aerodrom yaxınlığındakı dayanacaqda mülki avtomobillərə qəlpələr dəyib.

Rusiya tərəfi bildirib ki, Ukraynanın hücumu "cavabsız qalmayacaq, müvafiq tədbirlər görüləcək".

Rostov vilayətinin başçısı Yuri Slyusar isə dekabr ayının 11-də səhər saatlarından başlayan və Ukrayna Silahlı Qüvvələrinin Taqanroqa endirilən raket zərbələrindən danışıb. Slyusarın sözlərinə görə, hücum nəticəsində sənaye müəssisəsinə və 14 avtomobilə zərər dəyib.

Taqanroqun rəhbəri Svetlana Kambulova isə Tsiolkovski küçəsindəki qazanxananın zədələndiyini bildirib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər