12:56 / 12-12-2024
Sabah yağış yağacaq
Məxfi sənədlər: Mossad ilə Əsəd rejimi arasında mesajlaşma üzə çıxıb - Foto
Tarix: 12-12-2024 13:33 | Bölmə: Dünya
Məxfi sənədlər: Mossad ilə Əsəd rejimi arasında mesajlaşma üzə çıxıb

Suriyada 53 illik Əsəd rejimi süqut edib. Paytaxt Dəməşqdə müxalifətin ələ keçirdiyi sənədlərdə İran silahlarının “Hizbullah”a göndərilməsi ilə bağlı Əsəd rejiminin İsrail kəşfiyyatı ilə əlaqə saxladığı ortaya çıxıb.

Reyting.az
bildirir ki, Əsədin devrilməsindən sonra tapılan məxfi sənədlər İsrail-Suriya-İran dinamikasını idarə etmək üçün Rusiyanın nəzarətindəki mexanizm və İsrailin İran və “Hizbullah”a qarşı hərbi əməliyyatları haqqında məlumat verir.

Sənədlərə əsasən, “Musa” kod adlı israilli Suriyanın keçmiş müdafiə naziri general-leytenant Əli Mahmud Abbasa birbaşa mesaj göndərib. Mesajlar daha sonra Milli Təhlükəsizlik Bürosunun keçmiş rəisi Əli Məmlükə ötürülüb.

“Musa” kod adlı israilli mesajlarda bildirir ki, Suriya İranın “Hizbullah”a silah göndərməsinin qarşısını almamağa davam etsə, bunun əvəzini ödəyəcək.

17 may 2023-cü il tarixli sənəddə “Musa” kod adlı israillinin Əsəd rejiminə xəbərdarlığını nəzərdə tutan aşağıdakı mesajı var:

“Müşahidəmiz Hmeymim aviabazasına eniş edən səkkiz təyyarə aşkar etdi. İran Hərbi Hava Qüvvələrindən 4 təyyarə, Suriyanın 29-cu Briqadasından 4 İlyuşin İl-76 təyyarəsi. Bu təyyarələr silahları Latakiya və Kutayfadakı anbarlara daşıyıb. Rusiya mexanizmi hələ də İsrailin qisas almasını riskə atmadan işləməyə imkan verə bilər. Lakin İranı və “Hizbullah”ı dəstəkləmək bizi sərt davranmağa məcbur edəcək. Rusiyanın nəzarətindən yayınan hər hansı nəzarətsiz fəaliyyət İsrail üçün birbaşa təhdid kimi qiymətləndiriləcək və cavab reaksiyasına səbəb olacaq”.

14 iyul 2023-cü il tarixli sənədə aşağıdakı ifadələr yer alıb:

“Hizbullah”ın hava hücumundan müdafiə imkanlarını dəstəkləmək İsrailə qarşı hərəkətdir. Bu, yalnız “Hizbullah”ın maraqlarına xidmət edir və ordunuza zərər verir”.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər