Qırıcılar səhvən dinc sakinləri bombalayıb
Tarix: 27-12-2024 10:50 | Bölmə: Dünya
Qırıcılar səhvən dinc sakinləri bombalayıb

Nigeriyada qırıcı təyyarələr səhvən mülki vətəndaşları vurub. Hadisə nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, hadisə ölkənin şimal-qərbindəki Sokoto ştatında baş verib.

Döyüşçülər quldurları iki kənddə - Gidan-Sama və Rintuvada təqib ediblər, - deyə əyalət qubernatoru Əhməd Əliyu bildirib.

“Hərbi təyyarələr terror törədən cinayətkar silahlı qruplaşmaları məhv etmək tapşırığını yerinə yetirib və səhvən bu icmanın günahsız insanlarını bombalayıb”, - qubernator əlavə edib.

Əliyu vurğulayıb ki, dövlət ölümlə nəticələnən hərbi əməliyyatı araşdırmaq üçün digər orqanlarla əməkdaşlıq edəcək.

Agentlik yazır ki, hərbçilər Lakurava qruplaşması ilə əlaqəli Gidan Sama və Rintuva yaxınlığındakı hədəflərə zərbələr endirib, lakin mülki itkilərlə bağlı hər hansı təfərrüat verməyiblər. İki hərbi təyyarənin kəndlərə bomba atdığı məlum olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-12-2024, 08:34 Ottava Pekinə etiraz edir

bütün xəbərlər