Pentaqonun icarəyə götürdüyü təyyarə qəzaya uğrayıb, ölənlər var
Tarix: 07-02-2025 08:37 | Bölmə: Dünya
Pentaqonun icarəyə götürdüyü təyyarə qəzaya uğrayıb, ölənlər var

Filippinin cənubunda baş vermiş təyyarə qəzası nəticəsində bir ABŞ hərbçisi və Pentaqonun üç podratçısı həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-nın Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.

Komandanlığın təqdim etdiyi məlumata görə, ABŞ ordusunun icarəyə götürdüyü təyyarə “Filippinli müttəfiqlərin tələbi ilə” kəşfiyyat dəstəyi vermək üçün adi missiyanı yerinə yetirirmiş.

ELÇİN




Bölməyə aid digər xəbərlər