Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır
Tarix: 11-02-2025 10:17 | Bölmə: Dünya
Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

ABŞ Prezidenti Donald Tramp israilli girovları geri qaytarmaqdan imtina edən HƏMAS hərəkatını hədələyib.

Reyting.az
xəbər verir ki, bu barədə D. Trampın çıxışı “FOX 5 New York” YouTube kanalında yayımlana bilər.

Birləşmiş Ştatların lideri Fələstinin HƏMAS hərəkatından fevralın 15-i şənbə günü günortaya qədər bütün girovları azadlığa buraxmağı tələb edib. O, yaraqlıların əvvəllər əsir götürdüyü bir-iki nəfəri təhvil verməsi ilə kifayətlənməyəcəyini bildirib:

“Əgər hamını geri qaytarmasalar, onları cəhənnəm gözləyir”, - deyə Tramp HƏMAS-ı hədələyib.

Qeyd edək ki, HƏMAS girov götürdüyü israillilərin azad edilməsini dayandırması barədə açıqlama yayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər