Deputat yükləri nəzarətə götürməyi təklif edir
Tarix: 13-02-2025 18:05 | Bölmə: Dünya
Deputat yükləri nəzarətə götürməyi təklif edir

“Azərbaycan və ya digər ölkələrdən Ermənistan ərazisindən daşınan istənilən yük bu və ya digər şəkildə nəzarətə götürülməlidir”.

Reyting.az
erməni mediasına istinadla bildirir ki, bunu Ermənistan hakim partiyasından olan deputat Arman Eqoyan deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən daşınan istənilən yük müəyyən prosedurdan keçməlidir. “Ermənistan Respublikası bilməlidir ki, onun ərazisindən nə daşınır. İndi bunun üçün lazımi texniki vasitələr mövcuddur”,- deyə deputat əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər