Tramp: Ticarət müharibəsi hələ bitməyib
Tarix: 10-04-2025 12:25 | Bölmə: Dünya
Tramp: Ticarət müharibəsi hələ bitməyib

Ticarət müharibəsi hələ bitməyib, lakin bir çox ölkə ABŞ-la ticarət razılaşmaları əldə etmək istəyir.

Reyting.az
xəbər verir ki, bunu çərşənbə günü ABŞ prezidenti Donald Tramp bəyan edib.

Jurnalistlərin ticarət müharibəsi və ticarət danışıqlarına hazır ölkələrlə bağlı suallarını cavablandıran Tramp deyib:

“Hələ heç nə yekunlaşdırılmayıb, lakin Çin də daxil olmaqla, digər ölkələrdən çox böyük təcil var”.

Dövlət başçısı gömrük rüsumlarının artırılmasının səbəblərindən də danışıb. “ABŞ ilə qlobal ticarətdə baş verənlər qeyri-davamlı idi. Kimsə tətiyi çəkməli idi. Mən tətiyi çəkməyə qərar verdim. Bu, çoxdan edilməli idi”, - D. Tramp əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər