ABŞ-a qarşı tariflər 90 gün müddətinə dondurulur
Tarix: 10-04-2025 16:04 | Bölmə: Dünya
ABŞ-a qarşı tariflər 90 gün müddətinə dondurulur

Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı yeni tariflər hazırlamağa davam edəcək, lakin "danışıqlara şans vermək" üçün onları 90 gün müddətinə dondurur.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “X” hesabında yazıb.

Onun sözlərinə görə, danışıqlar uğursuz olarsa, tariflər tətbiq ediləcək.

Komissiya rəhbəri qeyd edib ki, ABŞ prezidenti Donald Trampın açıqlamasını nəzərə alıb, danışıqlara şans vermək istəyirik. “Aİ ölkələrindən güclü dəstək alan cavab tədbirlərimizi yekunlaşdırmağa davam edirik, lakin biz onları 90 gün müddətinə dondururuq. Danışıqlar qənaətbəxş nəticə verməsə, tariflər tətbiq olunacaq", - deyə Ursula fon der Leyen yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər