Son sutkada daha 29 fələstinli həlak olub
Tarix: 11-04-2025 08:46 | Bölmə: Dünya
Son sutkada daha 29 fələstinli həlak olub

İsrail hərbçilərinin Qəzza zolağını yenidən atəşə tutması qurbanların sayını artırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Qəzzanın şərqindəki Əl-Şücayyə bölgəsindəki yaşayış məntəqəsinə zərbələr endrib. Bu, 35 nəfərin ölümü ilə nəticələnib.

Telekanala özəl mənbələrdən bildiriblər ki, İsrailin son sutka ərzində Qəzza zolağı boyunca həyata keçirdiyi hücumlar nəticəsində, ən azı, 29 fələstinli həyatını itirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər