ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərib
Tarix: 11-04-2025 13:24 | Bölmə: Dünya
ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərib

ABŞ Yəmənə hücumlarını davam etdirdiyi üçün ikinci döyüş gəmisini Yaxın Şərqə göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial media hesabında paylaşım edilib.

Bəyanatda deyilir ki, “USS Carl Vinson” döyüş gəmisi “USS Harry S. Truman” döyüş gəmisi ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında xidmət edir.

ABŞ müdafiə naziri Pit Heqsetin hazırda Sakit okeanda xidmətdə olan “USS Carl Vinson” döyüş gəmisinin Yaxın Şərqə yola salınması əmrini verdiyini və hazırda Qırmızı dənizdə xidmətdə olan “USS Harry S. Truman” adlı döyüş gəmisinin ən azı bir ay Yaxın Şərqdə qalması üçün cümə axşamı günü əmr imzaladığını bildirib.

Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixindən etibarən İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə aid olduğunu söylədikləri ticarət gəmilərini ələ keçirir, bəzilərinə isə pilotsuz təyyarələr və raketlərlə hücum edir. Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platformasındakı paylaşımında hərbçilərə Yəməndə husilərə qarşı “kütləvi hücum”a başlamaq göstərişi verdiyini açıqlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər