Keçmiş xarici işlər naziri xarici agent elan olunub
Tarix: 11-04-2025 18:22 | Bölmə: Dünya
Keçmiş xarici işlər naziri xarici agent elan olunub

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev xarici agent elan olunub.

Rusiya Ədliyyə Nazirliyi Kozırevi xarici agentlərin reyestrinə daxil edib.

Qeyd edək ki, Andrey Kozırev 1990-1996-cı illərdə Rusiya xarici işlər naziri vəzifəsini tutub.

Hazırda ABŞ-da yaşayan keçmiş nazir Rusiya hakimiyyətinin əleyhinə çıxışlar edir.(APA)




Bölməyə aid digər xəbərlər