Tramp: Müharibəyə başlayıb sonra bizdən raket istəməyin
Tarix: 15-04-2025 12:21 | Bölmə: Dünya
Tramp: Müharibəyə başlayıb sonra bizdən raket istəməyin

ABŞ prezidenti Donald Tramp Ağ evdə Salvador prezidenti Nayib Bukele ilə görüşündə Rusiya-Ukrayna müharibəsi və İranla bağlı yeni açıqlamalar verib.

Reyting.az
-ın məlumatına görə, Donald Tramp bildirib ki, məqsədi Ukrayna-Rusiya müharibəsini bitirməkdir.

“Bu Baydenin müharibəsi idi, mən onu dayandırmağa çalışıram və yaxşı iş görürük”, - Tramp qeyd edib.

Kiyev administrasiyasını tənqid edən Tramp deyib: "Müharibə başlayanda bilməlisən ki, o müharibəni qazana bilərsən. Səndən 20 dəfə böyük bir ölkə ilə müharibəyə başlaya və sonra sizə raket verməsini gözləyə bilməzsiniz".

İranla bağlı sualı cavablandıran Tramp bildirib ki, İranın zəngin bir ölkə olmasını istəsə də, nüvə silahına sahib olmasını istəmir.

Qeyd edək ki, aprelin 13-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan silah almaq niyyətində olduğunu açıqlamışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər