15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Tramp administrasiyası Harvard Universitetini hədələyir
Tarix: 17-04-2025 12:19 | Bölmə: Dünya
Tramp administrasiyası Harvard Universitetini hədələyir

ABŞ prezidenti Donald Trampdan sonra ölkənin Daxili təhlükəsizlik naziri Kristian Noem Harvard Universitetini təhdid edib, xarici tələbələri hədəfə alıb.

Reyting.az
-ın məlumatına görə, K. Noem deyib ki, Harvard Universiteti xarici tələbələrin "qanunsuz və zorakı fəaliyyətləri" ilə bağlı sənədləri təhvil vermədiyi təqdirdə beynəlxalq tələbə qəbul etmək imkanı ləğv olunacaq.

Bildirilir ki, nazirlik Harvardda əcnəbi tələbə vizası sahiblərinin qanunsuz və zorakı fəaliyyətlərinin təfərrüatlı qeydlərini tələb edən "sərt məktub" verib, 30 aprel 2025-ci il tarixinə qədər tələbə əməl olunmasa, universitetin Tələbə və Mübadilə Ziyarətçi Proqramının (SEVP) sertifikatı ləğv ediləcək.

Bu sertifikat universitetlərə beynəlxalq tələbələr üçün viza ərizəsi sənədləri hazırlamağa icazə verir. Bu sənədlərlə tələbələr ABŞ-a giriş vizası üçün müraciət edə bilərlər.

Harvard Universitetinin məlumatına görə, 2024-25-ci tədris ilində universitetdə 6793 beynəlxalq tələbə təhsil alacaq ki, bu da ümumi tələbələrin 27,2 faizini təşkil edir.

Harvardın sözçüsü açıqlamasında universitetin məktubdan xəbərdar olduğunu bildirib və "müstəqilliyindən və ya konstitusiya hüquqlarından əl çəkməyəcəyinə" dair əvvəlki bəyanatını təkrarlayıb.

"Qanuna əməl etməyə davam edəcəyik. Eyni hərəkəti administrasiyadan da gözləyəcəyik", - deyə Harvard bəyan edib.

"Harvard Crimson" tələbə qəzeti yazır ki, nazirliyin məktubunda Harvardın yəhudi tələbələr üçün "düşməncə öyrənmə mühiti" yaratdığı iddia edilir.

Bildirilir ki, yaranmış vəziyyət Tramp administrasiyasının ABŞ-nın elit universitetlərinə tətbiq etdiyi əsas siyasət dəyişikliklərindən imtina etdikdən sonra Harvarda 2 milyard dollardan çox illik qrant və müqavilələri dondurmasından sonra baş verib.



Tramp administrasiyası deyir ki, tələblərin İsrail-HƏMAS müharibəsi ilə bağlı mübahisəli kampus etirazları antisemitizmlə mübarizə məqsədi daşıyır.

Qeyd edək ki, Ağ ev həmçinin ABŞ-nın onlarla universitet və kollecində yüzlərlə tələbə, akademik və tədqiqatçının vizalarını ləğv edib. Bu işlərdən bəziləri terror təşkilatlarını dəstəkləmək iddiaları kimi yüksək profilli ittihamlarla, digərləri isə illər əvvələ aid kiçik cinayətlərlə bağlıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib