Putin İranla strateji tərəfdaşlıq sazişini təsdiqləyib
Tarix: 21-04-2025 16:24 | Bölmə: Dünya
Putin İranla strateji tərəfdaşlıq sazişini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Reyting.az
xəbər verir ki, sənəd Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyənləşdirir. O, Rusiya və İranın strateji tərəfdaşlar statusunu möhkəmləndirir və bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.

Razılaşma İran prezidenti Məsud Pezeşkianın bu ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib