Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
Tarix: 21-05-2025 00:04 | Bölmə: Dünya
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nu maliyyələşdirəcək və “Aİ-yə qonşu regionlarda” yayımını dəstəkləmək üçün öz büdcəsindən 5,5 milyon avro ayırıb.

Bu barədə icmanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında açıqlayıb.

“Nazirlər “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşdılar”, – o qeyd edib.

Onun sözlərinə görə, Aİ “Azadlıq Radiosu”nun Aİ-yə qonşu ölkələrdə, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini hədəfləyir.

“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə öz aralarında razılıq əldə etməlidirlər”, – Kallas əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mart ayının ortalarında Amerika hökumətinin Qlobal Media Agentliyinin (USAGM) və bir sıra digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalamışdı. USAGM o cümlədən “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media korporasiyasına nəzarət edirdi(report).




Bölməyə aid digər xəbərlər