18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Baş nazirin evini yandırmaqda şübhəli bilinən daha bir nəfər tutulub - Fotolar
Tarix: 21-05-2025 17:44 | Bölmə: Dünya
Baş nazirin evini yandırmaqda şübhəli bilinən daha bir nəfər tutulub

London polisi Böyük Britaniyanın baş naziri Keir Starmerə məxsus əmlakın yandırılmasında şübhəli bilinən üçüncü şəxsi də həbs edib.

Reyting.az
xəbər verir ki, şübhəli bilinən şəxs Ukrayna vətəndaşı Petro Poçinokdur.

34 yaşlı Poçinoku bu işdə saxlanılmış daha iki nəfərlə, digər bir Ukrayna vətəndaşı Roman Lavrinoviç və Rumıniya vətəndaşı Stanislav Karpyukla əlbir olmaqda ittiham edirlər.



Onlar cinayətkar qrup kimi London şəhərinin şimalında yerləşən və Kentiş-Taun adlanan şəhərdə avtomobili, eyni küçədə İngiltərə baş nazirinin şəxsi evini, London şəhərinin şimal-qərbindəki digər bir mülkü də yandırmaqda şübhəli bilinirlər. Bütün hadisələr 8 və 12 may aralığında baş verib.

BBC telekanalı bildirir ki, avtomobil ötən ilə qədər baş nazir Keir Starmerə məxsus olub. Starmer baş nazir seçilməzdən əvvəl Kentiş-Taun ərazisindəki evində yaşayıb və o, 1990-cı illərdən Londonun şimal-qərbindəki yeni mülkündə yaşamaqda davam edib.

Lavrinoviç və Karpyuk bu ilin may ayının 16-da və 20-də Vestminster Magistrates Məhkəməsinə çıxarılıb və onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Poçinokun işinə isə məhkəmə mayın 21-də baxmalıdır.



Məlum olduğu kimi, Keir Starmer və ailəsi 2024-cü ilin iyul ayından Dauninq-stritdəki rəsmi iqamətgahında yaşayır. Eyni zamanda, ona məxsus olduğu iddia edilən, həm də yanğının baş verdiyi evlərdən biri hazırda icarəyə verilir. Starmer onunla əlaqəli evin, avtomobilin yandırılması ilə nəticələnən hücumlardan danışan zaman deyib: “Bu hamımıza, eyni zamanda demokratiyaya və müdafiə etdiyimiz dəyərlərə hücumdur".

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər