Şimali Koreya nüvə silahlanmasını sürətləndirir - Foto
Tarix: 19-08-2025 13:19 | Bölmə: Dünya
Şimali Koreya nüvə silahlanmasını sürətləndirir

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın başlatdığı “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimə reaksiya verərək, ölkəsinin nüvə silahlanmasının sürətləndirilməsini istəyir.

Reyting.az
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla bildirir ki, Kim Çen In ölkəsinin 5 min tonluq esmines gəmisi “Choe Hyonun” silah sistemi sınaqlarını yoxlayıb.

Orada çıxış edən Kim Çen In deyib ki, ABŞ və Cənubi Koreya “Ulchi Freedom Shield” adlı genişmiqyaslı birgə təlim vasitəsilə Şimali Koreyaya qarşı düşmən mövqeyini davam etdirirlər.



Kim Çen Inin iddiasına görə, ABŞ və Cənubi Koreya bu təlimlə müharibə başlamaq niyyətlərini nümayiş etdirirlər. Bu səbəbdən o, təhlükəsizlik baxımından ölkəsinin nüvə silahlanmasının sürətləndirilməsini vacib sayır.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya dünən Şimali Koreyadan gələn təhdidlərə qarşı birgə müdafiə hazırlığını gücləndirmək məqsədi daşıyan illik “Ulchi Freedom Shield” (UFS) təlimlərinə başlayıblar. Təlimlər avqustun 28-dək davam edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər