İrana sensasion ittiham: Tehran körfəzdə neft tankerlərini partlatmaqda ittiham edilir
Tarix: 14-05-2019 12:52 | Bölmə: Dünya
İrana sensasion ittiham: Tehran körfəzdə neft tankerlərini partlatmaqda ittiham edilir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft daşıyan gəmilərin partlamasına səbəb kimi İranın diversiyasını göstərib.

“News.ru” xəbər verir ki, ABŞ mütəxəssislərinin ilkin qənaəti belədir.

Bildirilib ki, BƏƏ hakimiyyətinin istəyi ilə hadisə baş verən Fuceyrəyə amerikalı müstəntiqlər cəlb ediliblər.

Mütəxəssislər hadisənin partlayıcılar vasitəsilə törədildiyini vurğulayıblar.

Məlumata görə, gəmilərin 4-nə də eyni dərəcədə ziyan dəyib.

BƏƏ hakimiyyəti hadisəni diverisiya adlandırıb.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında partlayış nəticəsində Səudiyyə Ərəbistanının iki neft tankeri, Şarca əmirliyinin bayrağı altında üzən Norveçin bir yük gəmisi və bir tankerində partlayış olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi isə hadisəni həyəcanlı və dəhşətli adlandıraraq dərin araşdırmanın aparılmasını tələb etdiklərini söyləyib/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}