20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ məhkəməsi "Bayer" şirkətini 2 milyard dollar ödəməyə məcbur edib
Tarix: 14-05-2019 14:19 | Bölmə: Dünya
ABŞ məhkəməsi "Bayer" şirkətini 2 milyard dollar ödəməyə məcbur edib

ABŞ-ın Kaliforniya ştatında andlı iclasçılar Almaniyanın kimyəvi və əczaçılıq preparatları istehsal edən "Bayer" şirkətini "Roundup" herbisidi ilə bağlı iş üzrə amerikalı cütlüyə 2 milyard dollardan çox vəsait ödəməyə məcbur edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

İddia tərəfinin bildirdiyinə görə, "Bayer" şirkətinin ötən il satın aldığı ABŞ-ın "Monsanto" şirkəti tərəfindən istehsal olunan alaq otlarının məhv edilməsi üçün vasitələrin tərkibində olan qlifosat onlarda xərçəng xəstəliyinin inkişaf etməsinə səbəb olub. İttihamçılar həmçinin andlı iclasçıları inandırmağa çalışıb ki, "Monsanto" potensial təhlükəni gizlətmək üçün araşdırma məlumatlarını manipulyasiya edib.

Bu, "Bayer" şirkətinin qlifosata görə uduzduğu üçüncü prosesdir.

Qlifosat alaq otlarına qarşı vasitə kimi geniş istifadə olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər