Milyarder Kolomski Ukraynaya qayıtdı
Tarix: 16-05-2019 11:48 | Bölmə: Dünya
Milyarder Kolomski Ukraynaya qayıtdı

İki il İsveçrədə və İsraildə olan milyarder İqor Kolomski Ukraynaya qayıdıb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, oliqarx özü də qayıtdığını təsdiqləyib.

O, bundan əvvəl bəyan etmişdi ki, Vladimir Zelenski yeni prezident olan kimi vətəninə qayıtmağa hazırdır. Ancaq bunu şoumenin inauqurasiyasından əvvəl edib.

Jurnalistlər biznesmendən Ukraynada ilk növbədə nə ilə məşğul olacağını soruşublar. Kolomski bunu hələ ki bilmədiyini deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər