11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
ABŞ Rusiyaya qarşı yeni raketlər hazırlayır - Pentaqon
Tarix: 30-06-2019 10:59 | Bölmə: Dünya
ABŞ Rusiyaya qarşı yeni raketlər hazırlayır

“Amerika Birləşmiş Ştatları yeni qeyri-nüvə raketlərinin istehsalı üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə başlayıb”.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, pu barədə Pentaqonun başçısı vəzifəsini icra edən Mark Esper bildirib.
Esperin sözlərinə görə, Pentaqon orta və qısa mənzilli raketlər üzrə müqavilənin (OQMRM) dayandırılması vəziyyətinə hazırlıq məqsədilə, yeni qeyri-nüvə raketlərinin hazırlanması istiqamətində işlər aparır ki, bu, istənilən təhdidin öhdəsindən gəlməyə kömək olsun.

Pentaqon səlahiyyətlisi qeyd edib ki, alyans həm də Rusiyanın istənilən tipdə qanadlı raketlərinə qarşı müdafiə sistemini möhkəmləndirməlidir.

Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans OQMRM-nin fəaliyyətinin dayanması halına müvafiq siyasi və hərbi tədbirlər görəcək. Baş katib bildirib ki, Rusiya özünün «beynəlxalq öhdəliklərini» pozacağı halda, belə tədbirlər alyansın müdafiə potensialının effektivliyini saxlayacaq.

Xatırladaq ki, cari ilin fevral ayında ABŞ birtərəfli qaydada OQMRM-dən çıxmaq proseduruna başladığını elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}