Parlamentə rüşvət alan məmurlarla bağlı qanun layihəsi daxil olub
Tarix: 08-07-2019 17:44 | Bölmə: Dünya
Parlamentə rüşvət alan məmurlarla bağlı qanun layihəsi daxil olub

Ukrayna parlamentində korrupsiyaya görə həbs edilən dövlət məmurunun ömürlük azadlıqdan məhrum olunması barədə qanun layihəsi qeydiyyatdan keçib.

TASS xəbər verir ki, bu layihənin təşəbbüsçüsü keçmiş prezident Petro Poroşenkonun parlamentdəki “Poroşenkonun bloku” fraksiyasının üzvü İqor Pober təqdim edib.

Layihə parlamentin rəsmi saytında yerləşdirilib.

Bir müddət əvvəl isə Ukraynada uyğun qanuna əsasən, dövlət məmuru 35 min dollardan çox maliyyə vəsaitinin mənşəyini izaha edə bilmədiyi halda, ona qarşı cinayət işi başlanırdı. Bu qanun qeyri-konstitusion sayıldığından tətbiq edilməyib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}