İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək
Tarix: 30-07-2019 13:41 | Bölmə: Dünya
İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək

Yaxın gələcəkdə İran və Rusiya Hind okeanı, Hörmüz Boğazı, habelə Fars körfəzində hərbi təlimlər keçirəcək.

Bunu Rusiyada səfərdə olan İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı admiralı Hüseyn Xanzadi deyib.

H.Xanzadinin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında razılıq əldə olunub.

Xanzadi ümid edib ki, bu hərbi təlimlər ilin sonuna kimi reallaşdırılacaq: “Tezliklə bu hərbi təlimlərlə bağlı koordinasiya iclaslarına başlanacaq”.

Trend




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}