20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Yunanıstanda sığınacaq verilməsi sadələşdiriləcək
Tarix: 22-08-2019 17:37 | Bölmə: Dünya
Yunanıstanda sığınacaq verilməsi sadələşdiriləcək

Yunanıstan hökuməti sığınacaq verilməsi sahəsindəki siyasətini dəyişdirməyi və bununla bağlı qərar vermək və inzibati prosedurları sadələşdirməyi nəzərdə tutur.

“Sputnik” xəbər verir ki, bu barədə Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşü ərəfəsində “Le Figaro”ya verdiyi müsahibəsində danışan baş nazir Kiriakos Mitsotakis Avropadakı sığınacaq və miqrasiya sahəsindəki siyasətin və Dublin sazişinin dəyişdirilməsi zərurətini irəli çəkərək Avropa İttifaqının bu məsələdə ortaq siyasət yürütməsinə tərəfdar olduğunu qeyd edib.

Yunan hökumətinin başçısı Türkiyədən qanunsuz miqrasiya məsələsinə də toxunub: "Sığınacaq haqqı olanlar Yunanıstanda qala bilər, lakin belə bir haqq əldə etməyənlərin Aİ ilə Türkiyə arasındakı sazişə uyğun olaraq Türkiyəyə qayıtması lazımdır”.

Qeyd edək ki, Dublin sazişinə görə, sığınacaq verməyin məsuliyyəti miqrantın ilk dəfə sərhədini keçdiyi dövlətin üzərinə düşür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər