20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İranlı deputatdan etiraz: “Kürd terrorçularına yas tutmalıyıq?!”
Tarix: 14-10-2019 21:27 | Bölmə: Dünya
 İranlı deputatdan etiraz: “Kürd terrorçularına yas tutmalıyıq?!”

“Son iki gündə parlamentdə baş verənlərlə əlaqədar soruşuram: bu, İslami Şura Məclisidir, yoxsa Suriya kürdlərinin Məclisi?”

Reyting.az
“Durnanews”-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Mərənd və Culfa bölgəsi üzrə millət vəkili Məhəmməd Həsənnejad bildirib.

O, parlamentdə Türkiyənin “Sülh çeşməsi” əməliyyatına etirazlar bildirən həmkarlarına təpinib. "Siyasətlə heç bir əlaqəm yoxdur. Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyinin bu barədə mövqeyi bəllidir. Amma bu gün şəhid ailələrini narahat edən şeylər var... Bu, kürdlərin separatizminə dəstək olmaq deməkdir?

Dünənə qədər deyirdik ki, ABŞ-ın dəstəklədiyi terrorçular bizim türbə müdafiəçilərimizi şəhadətə yetirir, amma indi bu terrorçulara rəğbətimiz var? Türbənin müdafiəçiləri kimi, bu terrorçulara da yas tutaq?.. Dünənə qədər kürdlərin Suriya xalqına qarşı silahlandığı deyilirdi. İndi məzlum Suriya xalqı oldular? Əmim 16 il əvvəl eyni PKK/PJAK qrupları tərəfindən şəhid edilib. Şəhid ailələrinə bu sayaq təsəlli vermək istəyirsiniz?"




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər