Çavuşoğlu: “Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”
Tarix: 23-01-2020 14:12 | Bölmə: Dünya
Çavuşoğlu: “Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

“Biz NATO-nu daha da güclü edəcəyik”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

S-400 zenit raket sistemi ətrafında yaranan gərginliyə münasibət bildirən Türkiyə XİN başçısı NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemi ala bilmədiklərini üçün Rusiyaya müraciət etdiklərini qeyd edib: “Bu, seçim deyildi, əksinə zərurət idi. Biz NATO-nu zəiflədəcək hər hansı bir addım atmayacağıq”.

M. Çavuşoğlu vurğulayıb ki, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkinir: “Ancaq biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}