18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Suriya parlamenti “erməni soyqırımı” haqqında qanun qəbul edib
Tarix: 13-02-2020 17:47 | Bölmə: Dünya
Suriya parlamenti “erməni soyqırımı” haqqında qanun qəbul edib

Bu gün Suriya parlamenti “erməni soyqırımı” haqqında qanun qəbul edib.

Reyting.az
“SANA”-ya istinadla xəbər verir ki, Xalq Məclisi “XX əsrin əvvəllərində Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilmiş soyqırımı cinayətini pisləyən və təsdiq edən bir qətnamə” ilə “tarixi təhrif etmək cəhdi”ni pisləyib.

Parlamentin qərarında deyilir ki, “dost Ermənistan xalqına tam rəğbətini ifadə edərək, ermənilərin, suriyalıların, assuriyalıların və başqalarının o dövrdə Osmanlıların əlində sistematik etnik təmizləmə və qırğınların qurbanı olduğunu qəbul edir və dünya parlamentlərini, dünya ictimaiyyətini və bütün beynəlxalq ictimaiyyəti bunu təsdiqləməyə və qınamağa çağırırıq”.

Məclis sədri Həmmud Səbbah bildirib ki, “Ərdoğan rejiminin belə bir dəhşətli cinayəti təkrar etməyə cəsarət etməməsi üçün onu qınama və təsdiq tələb olunur”.

Öz növbəsində Məclis üzvü, Suriya-Ermənistan Dostluq Dərnəyinin prezidenti Nora Ariyan, “erməni soyqırımı” cinayətinin qəbul edilməsinin və pislənməsinin Suriyada baş verən terror müharibəsi ilə, “xüsusilə Türkiyənin təcavüzkar simasının ortaya çıxması ilə bu cinayətlərin müxtəlif formalarda təkrarlanmasının qarşısını almasına kömək etdiyini” bildirib.

Suriya Livandan sonra “erməni soyqırımı”nı tanıyan ikinci ərəb dövlətidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər