18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Lavrovdan rəsmi Ankaraya mesaj: "İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi..."
Tarix: 28-02-2020 16:13 | Bölmə: Dünya
Lavrovdan rəsmi Ankaraya mesaj: "İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi..."

“Moskva türkiyəli hərbçilərin Suriyada həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verib”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Lüksemburqun Xarici və Avropa İşləri naziri Jan Asselbornla birgə mətbuat konfransında deyib.

O, həmçinin bu gün Putinlə Ərdoğan arasında baş tutan telefon danışığı barədə də məlumat verib.

Nazirin sözlərinə görə, Rusiya və Türkiyə İdliblə bağlı koordinasiyanı davam etdirməyə hazırdır.

“Moskva ilə Ankara arasında İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi, Türkiyə hərbçilərinin həlak olması kimi faciələrin qarşısını almaq olardı”, - o, deyib.

Nazir Moskva ilə Ankara arasında İdliblə bağlı dialoq üçün imkanın hələ də qaldığını vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər