18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kəşfiyyat Nazirliyi “İranın cin düşmənləri...”ni təkzib etdi
Tarix: 25-03-2020 20:06 | Bölmə: Dünya
Kəşfiyyat Nazirliyi “İranın cin düşmənləri...”ni təkzib etdi

“Cinlərlə mübarizə şöbəsi yaratmamışıq”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi nazirlik nəzdində "Cinlərlə əks-mübarizə" bölməsinin yaradılması iddiasını təkzib edib.

Bu barədə açıqlamanı kəşfiyyat naziri Seyyid Mahmud Ələvinin ofisindəki məlumatlı bir mənbə verib.

O, əlavə edib ki, bu iddia bir xəbər agentliyi vasitəsi ilə yayılıb və sonradan internetdə müzakirəyə çıxarılıb.

İranın Ali rəhbəri Ayətullah Əli Xamnəi martın 22-dəki çıxışında Quran ayəsini təfsir edərkən “Peyğəmbərlərin düşmənləri arasında həm ins, həm də cinslər olub”,- cümləsini işlədib. Montaj edilmiş həmin hissə “İranın həm insan, həm də cin olan düşmənləri var”,- şəklində dərc edilib.

Halbuki çıxışın İran mediasında dərc olunmuş mətnində belə bir ifadə əsla yoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər