Prezident çıxışı zamanı maska taxarkən çaşdı - Video
Tarix: 25-04-2020 18:33 | Bölmə: Dünya
Prezident çıxışı zamanı maska taxarkən çaşdı - Video

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa tibbi maska taxmaq qərarına gəlib və çaşıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı video “Sm Ve YouTube” kanalında yayılıb.

Kadrlardan görünür ki, Cənubi Afrika Respublikasının lideri əvvəlcə maska ilə gözlərini qapayıb, bu zaman rezini qulaqlarından sürüşüb. Prezident bir neçə cəhddən sonra qoruyucu vasitəni lazım olduğu kimi taxmağı bacarıb.

Ramafosa buna qədər elan edib ki, Cənubi Afrika Respublikasında koronavirus pandemiyasına görə martın 26-dan tətbiq olunan karantin tədbirləri mayın 1-dən yumşaldılacaq. Bununla belə, ölkə sərhədləri bağlı qalacaq.

Qeyd edək ki, bu ölkədə cəmisi 4 min adamın koronavirusa yoluxduğu, 75 nəfərin öldüyü bildirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}