Rusiyada uşaqlar arasında koronavirus hallarının sayı artıb
Tarix: 01-05-2020 17:51 | Bölmə: Dünya
Rusiyada uşaqlar arasında koronavirus hallarının sayı artıb

Rusiyada pandemiya dövründə 2 uşaq koronavirusun qurbanı olub, 11 uşağın vəziyyəti ağırdır.

“Interfax” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlik uşaqlar arasında yoluxma hallarının artdığını açıqlasa da, dəqiq say verməyib.

“Uşaqların yoluxması böyüklərdəki kimi tez-tez olmasa da, bu virus onlar üçün eyni dərəcədə təhlükəlidir”,- açıqlamada bildirilib.

Nazirlik uşaqlarla gəzintiyə çıxmamağı, ictimai yerləri ziyarət etməməyi tövsiyə edib, həmçinin əlavə edib ki, koronavirus simptomsuz insandan da ötürülə bilər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər