Ramzan Kadırov xəstəxanaya yerləşdirilib - Koronavirus şübhəsi ilə
Tarix: 21-05-2020 23:17 | Bölmə: Dünya
Ramzan Kadırov xəstəxanaya yerləşdirilib - Koronavirus şübhəsi ilə

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki, o, koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. Onun koronavirusa yoluxduğu ehtimal olunur/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}