Britaniya Rusiyanın 25 vətəndaşına sanksiya tətbiq edib
Tarix: 07-07-2020 12:34 | Bölmə: Dünya
Britaniya Rusiyanın 25 vətəndaşına sanksiya tətbiq edib

Böyük Britaniya hökuməti bazar ertəsi Londonun insan hüquqlarının pozulmasında iştirak etdiyini düşünən 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiyaların tətbiq olunduğunu elan edib.

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə hökumətin informasiya saytında yayılan rəsmi sənəddə qeyd edilib.

Bu şəxslər arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Rusiya Federasiyası Baş prokurorunun müavini Viktor Qrin, Daxili İşlər nazirinin keçmiş müavini Aleksey Aniçin, hakimlər, müstəntiqlər və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları var.

Siyahıda adı çəkilən şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib. Ölkədə onların hər hansı bir hesabı varsa dondurulacağı vurğulanıb. Eyni zamanda, həmin şəxslərə özləri və yaxud Britaniya vətəndaşlarının vasitəçiliyi ilə hər hansı bir iş görmək qadağan edilib.

Sanksiyalar sənəd dərc edildiyi gündən sonra qüvvəyə minib/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}