21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Livanda toqquşma: etirazçılar XİN-nin binasını zəbt etdi, 130 yaralı var
Tarix: 08-08-2020 20:30 | Bölmə: Dünya
Livanda toqquşma: etirazçılar XİN-nin binasını zəbt etdi, 130 yaralı var

Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.

Bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər/Report.

***

Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına soxulublar.

“RİA Novosti” xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər