Çavuşoğlu Lavrovla söhbətdə: "Ermənistan işğal etdiyi əraziləri tərk etməsə..."
Tarix: 02-10-2020 00:06 | Bölmə: Dünya
Çavuşoğlu Lavrovla söhbətdə: "Ermənistan işğal etdiyi əraziləri tərk etməsə..."

"Ermənistan-Azərbaycan münaqişəsinin daimi həlli və Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyənə qədər atəşkəsin mənası yoxdur".

"Anadolu" agentliyinin xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatik mənbələrindən alınan açıqlamada bildirilib ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında belə deyib.

Qeyd olunub ki, M.Çavuşoğlu "bu gün atəşkəsə nail olunsa belə, işğal olunmuş ərazilər təmizlənmədən münaqişə yenidən başlayacaq", - deyə bildirib. 

Qeyd edək ki, M.Cavuşoğu ilə S.Lavrovun bu gün və sentyabrın 28-də Qarabağ mövzusunda telefon söhbəti olub/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər