Yerevanda etirazçılar yolu bağlayıb, onlarla aksiyaçı saxlanılıb
Tarix: 20-11-2020 15:48 | Bölmə: Dünya
Yerevanda etirazçılar yolu bağlayıb, onlarla aksiyaçı saxlanılıb

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər