Xamenei: “Sanksiyaların ləğvi üçün danışıqlar aparmağa bir dəfə cəhd etdik..."
Tarix: 24-11-2020 18:26 | Bölmə: Dünya
Xamenei: “Sanksiyaların ləğvi üçün danışıqlar aparmağa bir dəfə cəhd etdik..."

“Sanksiyaların ləğvi barədə danışıqlar aparmağa bir dəfə cəhd etdik, amma nəticə vermədi”.

Bunu İranın ali rəhbəri ayətullah Əli Xamenei bu gün İqtisadi Şuranın iclasında çıxışında deyib.

O, sanksiyaları “acı həqiqət” adlandırıb və əlavə edib ki, sanksiyalar son üç ildə daha da sərtləşdirilib: “Sanksiyaları neytrallaşdırmağın, aradan qaldırmanın və ləğv etməyin iki yolu var. Düzdür, biz sanksiyaları bir dəfə aradan qaldırmağa çalışdıq və bir neçə il danışıqlar apardıq, lakin nəticəsiz qaldı”.

İranın ali rəhbəri çıxışında sanksiyaların ləğvi üçün yenidən danışıqların aparılmasını birbaşa istisna etməyib.

“Sanksiyaların aradan qaldırılması və neytrallaşdırılması yolu başlanğıcda çətin ola bilər, amma sonu uğurludur”, - deyə o, vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər