ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər
Tarix: 01-12-2020 17:40 | Bölmə: Dünya
ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər

ABŞ Federal Antiinhisar Xidməti və bir neçə ştatın tənzimləyici qurumu “Facebook” və “Google” şirkətlərinə qarşı 4 yeni məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, tənzimləyici qurumlar texnologiya nəhənglərinin internet məkanındakı təsir imkanlarından sui-istifadəyə yol verdiyini ehtimal edir. Bununla belə, hər iki şirkət iddiaları rədd edir və yüksək rəqabət şəraitində fəaliyyət göstərdiklərini, əksər hallarda pulsuz olan xidmətlərinin müştərilərinə fayda gətirdiyini bildirir.

"Facebook" və "Google"la yanaşı “Apple" və “Amazon" kimi şirkətlər də yerli antiinhisar qurumlarının hədəfindədir və fəaliyyətləri yoxlanılır/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər