Ermənistan parlamentinin fövqəladə toplantısı keçiriləcək
Tarix: 25-02-2021 18:10 | Bölmə: Dünya
Ermənistan parlamentinin fövqəladə toplantısı keçiriləcək

Bu gün saat 18:00-da parlament müxalifətinin təşəbbüsü ilə Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, iclasın gündəliyinə hərbi vəziyyətin qaldırılması və ölkədəki siyasi vəziyyət daxildir.

Bu barədə “Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyasının üzvü Mikael Malkumyan deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyandan istefa verməsini tələb edib. Parlamentdən kənar müxalifət isə ordunu müdafiə edib. Nikol Paşinyan isə tərəfdarlarını küçəyə çıxaraq onu dəstəkləməyə çağırıb.

Hazırda Ermənistanda gərgin hərbi-siyasi durum yaranıb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}