16:39 / 28-11-2024
Sabah qar yağacaq
Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb
Tarix: 25-02-2021 19:44 | Bölmə: Dünya
Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Bu, Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

“Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”, - deyə bildirilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər