Ukraynada ehtiyatda olan hərbçilər orduya çağrılır
Tarix: 21-04-2021 11:56 | Bölmə: Dünya
Ukraynada ehtiyatda olan hərbçilər orduya çağrılır

Ukrayna prezidenti V. Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

Bu barədə Ukrayna Prezident Adminstrasiyası məlumat yayıb.

Qeyd edək ki, bu qanun layihəsini Ukrayna Ali Radası 2021-ci il martın 30-da qəbul edib.

Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident Adminstrasiyasından qanunu belə şərh ediblər: “Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.

Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər