Prezidentin keçmiş müşaviri sabiq naziri canlı yayımda döyüb - Video
Tarix: 21-07-2021 16:50 | Bölmə: Dünya
Prezidentin keçmiş müşaviri sabiq naziri canlı yayımda döyüb

Moldova prezidentinin keçmiş müşaviri Daxili İşlər Nazirliyinin keçmiş rəhbərini canlı yayımda döyüb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Moldova prezidentinin sabiq müşaviri Serdjiy Tofilat keçmiş daxili işlər naziri Gennadi Kosovanı studiyada döyməsi nəticəsində o, sonuncu huşunu itirib.

Qeyd edilib ki, tərəflər arasında dava polemika zamanı baş verib.

Dava “Jurnal” TV-nin kanalındakı verilişdə olub.

Keçmiş nazir Gennadi Kosovan prezident Maya Sandunun keçmiş müşaviri Tofilatı təhqir etməyə başlayıb və daha sonra ona su atıb.

Tofilat dərhal buna reaksiya verərək Kosovana bir neçə zərbə endirib. Sonuncu yerə yıxılaraq huşunu itirib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}