Rəsmi Pekin “Taliban”a çağırış edib: "Sülhün bərqərar olmasını istəyirik”
Tarix: 16-08-2021 13:48 | Bölmə: Dünya
Rəsmi Pekin “Taliban”a çağırış edib: "Sülhün bərqərar olmasını istəyirik”

Çinin Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verənlərlə bağlı açıqlama yayıb.

TASS xəbər verir ki, açıqlamada Çinin Əfqanıstanda sülhün bərqərar olmasına ümid etdiyi bildirilib.

“Əfqanıstan xalqının istək və seçiminə hörmət edirik. Əfqanıstanda müharibə 40 ildən çox davam etdi. “Taliban” ölkədə müharibənin bitdiyini elan edib. Bundan sonra sülhün bərqərar olmasını istəyirik”, - məlumatda qeyd edilib.

Açıqlamada “Taliban”ın xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin ediləcəyi ilə bağlı vədinə sadiq qalacağına ümid ifadə edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər